|
Azərbaycanda dəhşətli qəza baş verib

Azərbaycanda dəhşətli qəza baş verib

 

Azərforum Cia.az istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Oğuz rayonu ərazisində qeydə alınıb.  Belə ki, Oğuz-Mingəçevir marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla Oğuz-Bayan marşrut xətti ilə hərəkətdə olan "Mercedes" markalı mikroavtobus toqquşub

Qəza zamanı iki nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.