|
Rusiya bu il xaricə silah satışı üçün 10 mlrd. dollarlıq müqavilələr imzalayıb

Rusiya bu il xaricə silah və hərbi texnikanın tədarükü üçün 10 milyard dollarlıq yeni müqavilələr imzalayıb.

Cia.az-ın  xəbərinə görə, bu barədə “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev bildirib.

O, 2021-ci ildə “Rosoboroneksport”un 10 milyarddan çox dəyərində müqavilələr imzaladığını qeyd edib: ““Rosoboroneksport”un portfelinin təxminən 30 faizi Yaxın Şərqdən olan sifarişlərdir”.