Oğuz rayonunda yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.
Belə ki, Oğuz-Mingəçevir marşrut xətti ilə hərəkət edən “Ford” və Oğuz-Bayan marşrut xətti ilə hərəkətdə olan “Mercedes” markalı mikroavtobuslar toqquşub.
Qəza zamanı iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
