Noyabrın 14-ü Ermənistanda 5 icmada (İcevan, Stepanavan, Lermontov, Qapan və Arzni) yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” İcevan və Stepanavan icmalarında səsvermənin nəticələrini açıqlayıb.
Beləliklə, sözügedən partiya İcevanda səslərin 80,78%-ni, Stepanavanda isə 78,4%-ni toplayıb.
