|
İtkin düşən ana və oğlu tapıldı

Tovuzda itkin düşən ana və övladı tapılıb.

Bu barədə “Cia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verib.

 

Məlumata görə, Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabr ayının 30-da yaşadığı Aşağı Quşçu kəndindəki evdən çıxaraq bir daha geri qayıtmayan T.A və onun övladı N.Q-nin yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.