|
“İstilik problemi davamiyyətin aşağı düşməsinə təsir edib”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində istilik probleminin şagirdlərin dərsə davamiyyətinə təsiri ilə bağlı danışıb. 

Cia.az xəbər verir ki, bu barədə İdarənin müdiri Mehriban Vəliyeva “Qazi müəllimlər” kitabının təqdimat mərasimində jurnalistlərə açıqlamasında bildirib.

 

O qeyd edib ki, məktəblərdə davamiyyətin aşağı düşməsi bir neçə səbəblə bağlıdır: “İstilik yeganə səbəb deyil. Növbəti həftənin bazar ertəsindən etibarən məktəblər istiliklə təmin olunacaq. Şagirdlər də isti məktəblərdə təhsillərini davam etdirə biləcəklər”.