Britaniya sakini olan 30 yaşlı Çerrala Mitçell 7 kiloqram ağırlığında körpə dünyaya gətirib.
Cia.az verir ki, 3 uşaq anası qorunmaq üçün uşaqlıq daxili spiral qoydurmasına baxmayaraq, hamilə qalıb.
Oktyabrda, hamiləliyin 38-ci həftəsində dünyaya gələn oğlan uşağına qeyri-adi ad qoyulub - Alfa.
"Oğlumuzun bu qədər iri olacağını təsəvvür etmirdik. Həyat yoldaşım və həkimlər körpənin başını gördükdə təəccübləniblər", - deyə qadın etiraf edib.
Valideynlər zarafat edərək, uşağın "Halloween" (hər il 31 oktyabrda qeyd edilən balqabaq bayramı) ərəfəsində doğulduğu üçün balqabağa oxşadığını deyirlər.


