|
Polislərin maaşı iki dəfə artsın

 

 

Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev polislərlə bağlı təklif verib.

Cia.az-ın məlumatına əsasən, millət vəkili qeyd edib ki, polislərin maaşı aşağıdır.

“Mən təklif edirəm ki, heç olmasa polis serjantlarının və kiçik zabit heyətinin maaşları iki dəfə artırılsın”, - deyə Q.Həsənquliyev əlavə edib.

 

Q.Həsənquliyev məhkəmələrin aparatlarında işləyən əməkdaşların maaşının da iki dəfə artırılmasının vacibliyini deyib.

Millət vəkili Azərbaycanın yeni “Amfibiya” təyyarələri alması təklifini də səsləndirib.