|
Vahid Milli Hərəkat partiyası bu gün yenidən aksiya keçirəcək

 

Vahid Milli Hərəkatın təşkil etdiyi aksiya bu gün saat 14:00-da Vaja-Pşavela abidəsinin yanında keçiriləcək.

Cia.az xəbər verir ki, bu barədə partiya sədri Nika Melia qeyd edib.

“Bu gün Vaja-Pşavela abidəsinin, Vaja-Pşavela metrosu yaxınlığında mitinq keçiriləcəyik. Hakimiyyətin Rusiya və Belarusiyanı örnək aldığını düşünən hər kəsi gözləyirik", - deyə Melia qeyd edib.