Gürcüstanda Mixail Saakaşviliyə dəstək məqsədilə aclıq aksiyası keçirən millət vəkilinin halı pisləşib.
Cia.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, müxalif “Aqmaşenebili strategiyası” partiyasından olan millət vəkili İrakli Qoquadze halı pisləşdiyindən aclıq aksiyasını dayandırmalı olub.
Qoquadze qidadan imtina etməsinin 7-ci günündə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, İrakli Qoquadze həmkarı Yelena Xoştariya ilə birgə noyabrın 3-ü aclıq aksiyasına başladığını elan edib. Qoquadze, Saakaşvili mülki klinikaya köçürüldükdən sonra aclıq aksiyasını dayandırmağı planlaşdırmışdı.
Xoştariyaya gəldikdə isə, onun da vəziyyəti bir neçə dəfə pisləşib. Buna baxmayaraq, o, hələ də aksiyanı davam etdirir və yalnız su içir. “Droa” partiyasından olan millət vəkili də Saakaşvili mülki klinikaya köçürülənə qədər aksiyanı davam etdirəcəyini bildirib.
Fotoda: Yelena Xoştariya
