Papua-Yeni Qvineyanın şərqində güclü zəlzələ meydana gəlib.
Mayın 5-də Papua-Yeni Qvineyanın Yeni Britaniya adasında 7,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Amerika Geoloji Araşdırmalar Mərkəzi (USGS) xəbər yayıb.
Xəbərdə bildirilir ki, yeraltı təkanların episentri paytaxt Port Moresbidən 680 km şiməl-şərqdə, ocağı isə 42 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi sunami təhlükəsinin olmadığını bildirib. Hansı ki, həmin bölgədə bir müddət əvvəl 6.7 bal gücündə zəlzələ meydana gəlmişdi.
Qeyd edək ki, son həftələr Papua-Yeni Qvineyada ard-arda şiddətli təkanlar baş verməkdədir.
Cia.az
