|
Gürcüstanda 12-15 yaşlı uşaqlara vaksin vurulmasına icazə verilib

Gürcüstanda 12-15 yaş aralığından olan uşaqlara “Pfizer” vaksininin vurulmasına icazə verilib.

Cia.az Gürcüstan mətbuatına istinadən  xəbər verir ki, bu barədə ölkənin səhiyə nazirinin müavini Tamar Qabunia keçirdiyi brifindqə bildirib.

Onun sözlərinə görə, vaksin yalnız valideynlərin icazəsi ilə vurulacaq.