|
Paşinyan Ovannisyanı yeni vəzifəyə təyin etdi

Ermənistanın Avropa Şurası yanında keçmiş daimi nümayəndəsi Paruyr Ovannisyan ölkənin xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müvafiq qərarı Ermənistan Baş naziri Nikol Paşinyan imzalayıb.

 

Qeyd edək ki, Ovannisyan Ermənistanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsinə 2016-cı ildə təyin olunmuş, 2021-ci il noyabrın 1-də Prezidentin qərarı ilə geri çağırılmışdı.