Qaradağ rayonunun Ələt qəsəbəsində inşa edilmiş Şəhidlər Parkının açılışı olub.
Qaradağ Rayon İcra Hakimiyyətindən Cia.az-a verilən məlumata görə, Ələt qəsəbəsində inşa olunmuş parkda Şəhidlərin abidəsi düzəldilib, abidə üzərində I Qarabağ müharibəsi şəhidlərinin və Vətən müharibəsi şəhidlərinin mərmər üzərində hazırlanmış şəkilləri vurulub.
Bundan başqa, parkda Şəhidlər bulağı və sakinlərin istirahəti üçün bütün şərait yaradılıb.
Parkın açlışında Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları, YAP Qaradağ rayon təşkilatının sədri, Qaradağ rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhid ailələri və Vətən müharibəsi əlilləri, iştirakçıları, Ələt qəsəbəsinin ziyalıları iştirak edib.
Tədbir iştirakçıları ilk öncə Şəhidlər abidəsini ziyarət edib və abidə önünə əklil qoyublar.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı açılışda iştirak edən Şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları ilə görüşüb. Onlara Ali Baş Komandanın rəhbərliyi ilə bizə bu qələbə sevincini yaşatdıqları üçün təşəkkürünü bildirib və 8 Noyabr - Zəfər Günü münasibəti ilə hər birini təbrik edib.
Daha sonra tədbirdə iştirak edən Şəhid ailələri, qazilər və digər sakinlər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
