|
Saakaşvili helikopterlə həbsxanadan çıxarılıb

Gürcüstanın 39 gündür aclıq elan edən eks-prezidenti Mixail Saakaşvili Rustavidəki 12 saylı həbsxanadan köçürülüb.

Cia.az gürcü mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında siyasətçinin anası Giuli Alasaniya bildirib. O qeyd edib ki, həbsxanaya oğluna baş çəkməyə gedərkən içəri buraxılmayıb. Məlum olub ki, Saakaşvili artıq həmin həbsxanada deyil. 

“İki zirehli maşın gəldi, daha sonra helikopter uçmağa başladı”, - deyə Alasaniya bildirib. 

 

“Pirveli” kanalının məlumatına görə, Saakaşvili helikopterlə Qori hərbi hospitalına aparılır.