|
Bakıda Zəfər yürüşü başladı

Bakıda 8 Noyabr- Zəfər Günü münasibətilə təşkil edilən yürüşə start verilib.   

Cia.az xəbər verir ki, tədbirin Hərbi Qənimətlər Parkında yekunlaşacağı gözlənilir. 

***

 

Azneft meydanından başlanan yürüşdə hərbi orkestrin müşayiəti ilə irəliləyən hərbçilərlə yanaşı, əllərində Türkiyə və Azərbaycan bayraqları olan vətəndaşlar da iştirak edir.

***

Yürüş zamanı hərbçilərimizin qürurla daşıdığı Azərbaycan bayrağının uzunluğu 470 metrdir. 

Gülnar Əliyeva

Fotolar: Müzəffər İsmayılov