|
Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında protokol imzalanıb

Noyabrın 5-də Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min arasında görüş keçirilib.

Bu barədə Azərbaycan XİN-dənCia.az-a məlumat verilib.

 

Görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə” ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq Protokol imzalanıb.