|
“Azərbaycan COVID-19-la mübarizədə bir çox ölkələrə nümunədir”

"Qarabağda insanların ölümündən deyil, orada həyata keçirilən quruculuq işlərindən danışmaq xoşdur. Mən Qarabağda görülən yenidənqurma və bərpa işlərini yüksək qiymətləndirirəm. Görülən işlər sübut edir ki, Azərbaycan dövləti vətəndaşlarının yaxşı yaşaması üçün hər cür şərait yaratmağa qadirdir. “Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Qarabağda evlər, məktəblər, uşaq bağçaları və mədəniyyət mərkəzlərinin tikilməsi, yeni infrastrukturlar yaradılması vacib məqamlardır”.

Cia.az xəbər verir, bu sözləri Moldovanın sabiq Baş naziri Kirill Qaburiç VIII Bakı Qlobal Forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

K.Qaburiç, həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyası dövründə Azərbaycanda aparılan vaksinasiya prosesi barədə də danışıb. Qeyd edib ki, Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi uğurla həyata keçirilir. “Hesab edirəm ki, Azərbaycan COVID-19-la mübarizədə bir çox ölkələrə nümunədir", - deyib.