|
Yeni medallar təsis edilir

Azərbaycanda yeni medalların təsis edilməsi təklif edilir.

Cia.az xəbər verir ki, "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” medal və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)”  yubiley medalının təsis edilməsi ilə əlaqədar" layihə Milli Məclisdə bu gün müzakirəyə çıxarılıb. 

 Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.