|
İrəvanda 15 nəfər pizzadan zəhərləndi

Ermənistanın paytaxtı İrəvanda 15 nəfər pizzadan zəhərlənib.

Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

 

15 nəfər bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2-si yeniyetmədir.

Xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.