|
Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Cia.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis polkovnik-leytenantı Elnur Məmmədov Ucar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər həmin vəzifəni polis mayoru İlham Kərimov icra edib.