|
Kolumbiyada torpaq sürüşməsi, 17 nəfər öldü

Kolumbiyanın cənub-qərbində torpaq sürüşməsi nəticəsində 17 nəfər həlak olub.

Cia.az “TASS”a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində daha 8 nəfər xəsarət alıb.

Bununla yanaşı, iki bina dağılıb və digər 3-ü isə dağılmaq təhlükəsi daşıyır.