|
Nobel laureatı da Bakıdadır

“Biz dünyada qadın təhsilini gücləndirməliyik və qadın rolunu hər yerdə, hər sahədə tanımalıyıq”. 

Cia.az xəbər verir ki, bunu 2015-ci il Nobel sülh mükafatı laureatı Ouided Bouchamaoui VIII Bakı Qlobal Forumunda çıxışında deyib. 

 

O bildirib ki, idarəetmə strukturlarında dəyişikliklər gətirməklə qadınlara yer ayrılmalıdır: “Dünyanın yarısında qadın olaraq təmsil olunuruqsa, onların səsini eşitməliyik. Qadınlara qeyri- bərabər partnyor kimi baxılmamalıdır”.