“Biz bu illər ərzində BMT-nin dörd qətnaməsinin yerinə yetirilməməsi ilə qarşılaşdıq. Bir qətnamə illərlə həllini tapmır və yerinə yetirilmir. Bunun həllini tapmadığını gördükdə diplomatik silahlı yolla münaqişəni həll etdik”.
Cia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov VIII Qlobal Bakı Forumunda çıxışında deyib.
O qeyd edib ki, yeni dünya nizamı ədalətə söykənməlidir və ədalətli qərarların çıxarılmasına yönəlməlidir: “Pandemiya dövründə bu sahədə müəyyən boşluqlar üzə çıxdı. Pandemiya böyük mənfi təsirə malik olub. BMT-nin daha səmərəli, effektiv olmasında maraqlıyıq. Bu təşkilatın çıxardığı qərarlar əksər ölkələri yerinə yetirməyə sövq etmir. Çox yaxşı olardı ki, dünyaya yeni nəfəs gətirilsin. Vaksinlər də ədalətli şəkildə paylanmalıdır. Ancaq bunu bir çox ölkələr blokladı. COVID-ə qarşı mübarizəmizi sərtləşdirməliyik. Ölkə Prezidenti də dəfələrlə bu barədə beynəlxalq forumlarda çağırışlar edib”.
