|
Aleksey Reznikov Ukraynanın müdafiə naziri oldu

Ukraynanın Ali Radası bu gün keçirdiyi plenar iclasda Aleksey Reznikovu ölkənin müdafiə naziri təyin edib.

Cia.az “Ukrinform”a istinadən xəbər verir ki, millət vəkillərinin 273-ü sözügedən qərarın lehinə səs verib.

 

Xatırladaq ki, Ukraynanın Baş nazirinin müavini Aleksey Reznikov dünən istefaya göndərilib. Müdafiə naziri Andrey Taran isə noyabrın 2-si istefa verib.