|
Cıdır Düzündə maraqlı çəkilişlər gedib

Dünən sosial şəbəkələrdə Şuşanın Cıdır Düzündə və Füzuli Beynəlxalq Hava Limanında aparılan çəkilişlərdən maraqlı fotolar yayılıb.

Cia.az xəbər verir ki, Qarabağda çəkilən kadrların hansı layihəyə aid olması hələ ki məlum deyil, lakin sosial şəbəkə istifadəçiləri qeyd edir ki, çəkilişlər Bakcell tərəfindən aparılır.

Çəkilişlərin hansı məqsədlə aparılması barədə hələ ki, rəsmi açıqlama yoxdur.