“Barselona”nın sabiq futbolçusu Xavi Ernandez keçmiş klubu ilə danışıqlar apardığını təsdiqləyib.
Cia.az xəbər verir ki, hazırda Qətərin “Əl-Sədd” klubunda işləyən çalışdırıcı iki klub arasında danışıqların getdiyini də açıqlayıb:
“Mən çox pozitiv insanam, iki klub danışıqlar aparır. Bu, sağlam düşüncə məsələsidir. Mən həyəcanlıyam. Hər iki klub mənim harada olduğumu bilir. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq”
