“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 4-cü turunda Qazaxıstanın “Kayrat” klubu ilə oyundan öncə mətbuat konfransında iştirak edib.
Cia.az xəbər verir ki, o, matç haqqında fikirlərini bildirib:
“Daha ciddi və möhkəm olmalıyıq. İnanıram ki, meydanda yaxşı mübarizə və yaxşı futbol olacaq. Bu oyunun vacibliyini düşünərək oynayacağıq. Əgər Konfrans Liqasında məğlubiyyətsizlik seriyasını davam etdiririksə, deməli, hər oyuna ciddi yanaşırıq. Sabahkı oyuna da futbolçuları maksimum yaxşı hazırlaşdırmışıq”.
