|
İş yoldaşını bıçaqlayıb öldürdü

Xızı rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi qeydə alınıb.

Cia.az xəbər verir ki, noyabrın 3-də “Yaşma Quşçuluq” MMC-nin ətraf mühafizəsində işləyən 1999-cu il təvəllüdlü Seymur Abbasov bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Məlum olub ki, zərərçəkmişin iş yoldaşı 1998-ci il təvəllüdlü Şəhriyar Salahlı şəxsi münasibətlər zəminində  Seymur Abbasova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı cinayət işi başlanıb. Şəhriyar Salahlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.