|
Göygöldə çayda meyit tapılıb

Göygöl rayonunda kişi meyiti tapılıb.

Cia.az-ın məlumatına görə, hadisə rayonun Almədətli kəndində qeydə alınıb. Ərazidən axan çayda 40-50 yaşlarında olan kişinin meyiti aşkarlanıb.

Meyitin kimliyi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.