|
Volkan Bozkır bu gün Azərbaycana gəlir

Türkiyəli siyasətçi Volkan Bozkır bu gün Azərbaycana səfərə gələcək.

Cia.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti olmuş Volkan Bozkır öz tviter hesabında məlumat verib.

Onun sözlərinə görə, Bakıda “COVID-19-dan sonrakı dünya” mövzusunda 8-ci Qlobal Bakı Forumunda spiker qismində iştirak edəcək.

 

“Bir çox keçmiş dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti nümayəndələri ilə “COVID-19-dan sonrakı dünya”nı müzakirə edəcəyik”, - deyə Bozkır paylaşımında bildirib.

Qeyd edək ki, 8-ci Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 4-6 noyabr tarixlərində Bakıda keçiriləcək.