|
Azərbaycan və BƏƏ arasında Biznes Şurası yaradılacaq

 

 

“Həmkarım Abdulla Bin Touq Al Marri ilə Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının iclasının yekunlarına dair Protokol imzaladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində məlumat yayıb:

“Sənədə əsasən, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin intensivləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək, işgüzar münasibətlərin, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə BiznesŞurası və işçi qruplar yaradılacaq”.

Mikayil Jabbarov
təxminən 1 saat əvvəl

Həmkarım Abdulla Bin Touq Al Marri ilə Azərbaycan Respublikası Hökuməti və #BirləşmişƏrəbƏmirlikləri Hökuməti arasında #iqtisadi, #ticarət və texniki əməkdaşlıq üzrə Birgə #HökumətlərarasıKomissiya-nın iclasının yekunlarına dair Protokol imzaladıq. Sənədə əsasən, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin intensivləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək, işgüzar münasibətlərin, #KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə #BiznesŞurası və işçi qruplar yaradılacaq.

#İqtisadiyyat #EconomyAz

Mikayil Jabbarov adlı şəxsin şəkli.
Mikayil Jabbarov adlı şəxsin şəkli.

“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya tərəfdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səmərəli platformadır”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində yazıb.

“Komissiyanın 8-ci iclasında investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, KOB, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik”, - o qeyd edib.