|
Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri Moskvada görüşüb

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Moskvada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernslə görüşüb.

Cia.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Amerika tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə S. Narışkin və U. Berns Rusiya və ABŞ-ın beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığını müzakirə ediblər.

Görüşdə əsas diqqət beynəlxalq terrorizmlə mübarizəyə, Rusiya-ABŞ münasibətləri kontekstində qurumlararası əməkdaşlıq məsələlərinə yönəldilib.