|
Bu mallardan ƏDV qayıtmayacaq

Gələn ildən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına görə ödənilən ƏDV-ni geri almaq mümkün olmayacaq.

Cia.az xəbər verir ki,  bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bildirilir. Bu vaxta kimi isə həmin məhsullara görə alıcılar ƏDV-ni geri ala bilirdi. 

Qeyd edək ki, Məcəlləyə dəyişiklik 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minir.