|
Dubayda BƏƏ-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak edib.

Cia.az-ın məlumatına görə, o, bu barədə “Twitter” hesabında yazıb.

 

Nazir qeyd edib ki, Birgə Hökumətlərarası Komissiya ölkələr arasında tərəfdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səmərəli platformadır.

“Komissiyanın 8-ci iclasında investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, KOB, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik”, - nazir əlavə edib.