|
30 yaşlı fəhlə binadan yıxılıb öldü

Sumqayıtda binadan yıxılan fəhlə ölüb.

Cia.az xəbər verir ki, Sumqayıt Prokurorluğuna noyabrın 2-də şəhər sakini, 1981-ci il təvəllüdlü Seyhan Həsənalıyevin hündürlükdən yıxılaraq ölməsi barədə məlumat daxil olub.

 

Araşdırmalarla müəyyən olunub ki, tikintidə fəhlə işləyən S.Həsənalıyev iş görən zaman binanın 9-cu mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alması nəticəsində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq davam etdirilir.