Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşüb.
Cia.az xəbər verir ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçi salamlayan Prezident İlham Əliyev deyib:
- Xoş gəlmisiniz, cənab Prezident. Sizi yenidən görməyə çox şadam. Çox şadam ki, VIII Qlobal Forumda iştirak edirsiniz. Biz dəfələrlə görüşmüşük. Həmçinin bu yaxınlarda telefonla tərəfdaşlığımız, əməkdaşlığımız və millətlərimiz arasında sıx dostluq əlaqələri barədə danışmışıq. Ölkələrimiz hər zaman bütün məsələlərdə bir-birini dəstəkləyib. Bu qarşılıqlı dəstək tərəfdaşlığımızı çox xüsusi edir. Mən Azərbaycanın ötən il torpaqlarının azad edilməsi uğrunda apardığı müharibə zamanı dəstəyinizə görə şəxsən Sizə çox minnətdaram. Ölkələrimiz arasında çoxlu oxşarlıqlar var və xalqlarımız bir-birini daha yaxşı tanıyır. Demək olar 50 ildir ki, Bakı və Sarayevo qardaşlaşmış şəhərlərdir. Sözsüz, bu elə bir vaxt idi ki, ölkələrimiz müstəqil deyildilər. Lakin biz müstəqillik illərində bu sıx əməkdaşlığı davam etdiririk. Əminəm ki, Sizin səfəriniz siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızla bağlı müxtəlif məsələləri müzakirə etmək üçün yaxşı fürsət olacaq. Bir daha xoş gəlmisiniz.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşüb.
"Qafqazinfo" xəbər verir ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçi salamlayan Prezident İlham Əliyev deyib: