|
Mingəçevir Mərkəzi Xəstəxanasına direktor təyin olunub

“Mingəçevir Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsə yeni direktor təyin olunub.
Cia.az-ın məlumatına görə, direktor vəzifəsinə xəstəxananın onkoloqu, əməliyyat blokunun rəhbəri Abdulqadir Sultanov təyinat alıb.

Qeyd edək ki, Mingəçevir Mərkəzi Xəstəxanasının əvvəlki direktoru Könül Ələkbərov bir qədər əvvəl Bakıdakı “Kliniki Tibbi Mərkəz” Publik Hüquqi Şəxsə direktoru təyin edilib.