Qazaxda Vətən müharibəsi şəhidi Sərxan Abdullayevin xatirəsinə həsr olunan ehsan bulağı istifadəyə verilib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Cia.az-a verilən məlumata görə, Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Sərxan Abdullayevin 33 yaşının tamam olması münasibəti ilə doğulduğu Qazax rayonunda xatirəsi əbədiləşdirilib.
Qazax RPŞ əməkdaşları tərəfindən şəhidin adına bulaq kompleksi inşa etdirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, yerli idarəetmə orqanlarının əməkdaşları, kənd sakinləri və şəhidin döyüş yoldaşları iştirak edib. Şəhidin atası Elxan Abdullayev şəhidlərimizin xatirəsinə olan hörmət və ehtiramı yüksək qiymətləndirib.
