|
Hava ilə bağlı

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb. 

Cia.az xəbər verir ki, noyabrın 3-ü gündüzdən 5-dək Azərbaycan rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

 

Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.