Azərbaycan II Qarabağ Müharibəsində ölmüş 11 erməni hərbçinin cəsəd qalıqlarını Ermənistan tərəfə təhvil verib.
Cia.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, proses Xocavəndin Qırmızı Bazar kəndində baş tutub.
Ölənlərin şəxsiyyəti ekspertiza yolu ilə müəyyənləşdiriləcək.
2020-ci ilin 10 noyabrından bəri Qarabağda 1697 erməni hərbçinin cəsəd qalıqları tapılıb.
