Azərbaycanın mərhum şairi Tofiq Bayramın oğlu Cavanşir Bayramov vəfat edib.
Cia.az-ın əldə etdiyi məlumatına görə, o, ötən gün koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Cavanşir Bayramov Tofiq Bayramın ortancıl oğlu idi. Şairin böyük oğlu Zakir Bayramov isə 2004-cü ildə dünyasını dəyişib.
