|
Onlar ABŞ-Türkiyə münasibətlərinə kölgə salır

ABŞ-ın Nümayəndələr Palatasının bir qrup deputatı F-16 qırıclarının Türkiyəyə satışına qarşı çıxıblar.

 

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar bununla bağlı Dövlət katibi Entoni Blinkenə məktub göndəriblər.

 

Demokratlar Partiyasının Nyu-Hempşir ştatından üzvü Kris Pappas və Respublikaçılar Partiyasının Florida ştatından üzvü Qus Bilirakisin təşəbbüsü ilə yazılan məktubu hər iki partiyadan 41 konqresmen imzalayıb.