Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının idarəetməsi müvəqqəti olaraq Pyatiqorsk və Çerkesskin (Pyatiqorsk Yeparxiyası) arxiyepiskopu Feofilakt Ataya tapşırılıb.
Bu barədə Cia.az-ın sorğusuna cavab olaraq Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasından bildirilib.
Qeyd edək ki, Bakı və Azərbaycan Yeparxiyasının keçmiş arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr İşein iyunun 10-da 69 yaşında vəfat edib və Birinci Fəxri xiyabanda dəfn edilib.
Din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilən Arxiyepiskop 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni, 2015-ci ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
