|
Ermənistanda son sutkada 62 nəfər koronavirusdan ölüb

Ermənistanda ötən sutka ərzində daha 1232 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 62 nəfər ölüb.

Cia.az “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, COVID-19-a yoluxanların sayı 310629 nəfərə çatıb.

Ermənistanda koronavirusdan ölənlərin sayı isə 6441 nəfərə yüksəlib.