|
Paşinyan Fidanyanı İstanbula göndərir

Ermənistanın Baş naziri Nikol Paşinyan polis rəisinin müavini Ara Fidanyanı İstanbula ezam edib.

Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar hökumət portalında dərc olunub.

 

Fidanyan 21-26 noyabr tarixlərində Türkiyədə olacaq. O, İnterpolun Baş Assambleyasının 89-cu sessiyasında iştirak edəcək.