TRT-nin əfsanəvi siması, usta xəbərçi, Türkiyənin sayılı xəbər spikerlərindən olan Zafer Kiraz yenidən TRT ekranlara qayıdır.
Cia.az-a TRT-nin Bakı Təmsilçiliyindən verilən məlumata görə, Zafer Kiraz bu axşamdan etibarən TRT Xəbərə 'Son Nöqtə" ilə geri dönəcək.
Uzun müddət ekranlardan uzaq olan Zafer Kiraz, TRT Xəbər Dairəsində müdir müavini vəzifəsindən azad edilərək, strateji dairəsinə mütəxəssis olaraq təyin edilmişdi.
Kiraz, təyin edildiyi vəzifəni 7 il icra edib.
TRT-nin prezidenti Şenol Gökanın təyinatı ilə Zafer Kiraz, yeni layihə olan "Son Nöqtə" ilə TRT Xəbər izləyiciləri ilə görüşəcək.
Cia.az





