|
“Neftçi”nin Müşahidə Şurasının üzvü Samir Abasovu ələ saldı

“Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov “Qarabağ”a böyükhesablı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Samir Abasovu lağa qoyub.

Cia.az xəbər verir ki, o, feysbukdakı paylaşımlardan birində çalışdırıcı barədə gedən müzakirələrə qoşulub. 

 

Həmin paylaşımda tanınmış menecer Kamil Məmmədovun “fakta əsasən belədi, Samir Qurbandan geridir. Amma ona da 15 il vaxt, dəstək, böyük büdcəli klub verilsə, kim bilir necə olar” şərhinə cavab verib. 

Qəhrəmanov həmin şərhə “dediklərin verilsə də, o, ən uzağı musiqili komediya teatrında səhnə quraşdıra bilər” cavabını yazıb.