|
Akif Təvəkküloğlu Milli Məclisdən ayrıldı: Yeni vəzifəyə təyin olundu

 

 

Uzun illər Milli Məclisdə çalışan Akif Təvəkküloğlu parlamentdəki işindən ayrılıb.

Cia.az-ın  əldə etdiyi məlumata əsasən, A.Təvəkküloğlu Azərbaycan Həmkarlar İttifaqları (AHİK) Konfederasiyasında vəzifəyə gətirilib.

A.Təvəkküloğlu AHİK-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

 

Qeyd edək ki, A.Təvəkküloğlu 2006-2020-ci illərdə Milli Məclisin mətbuat katibi vəzifəsində çalışıb.

O, altıncı çağırış Milli Məclis işinə başlayandan sonra həmin vəzifəsindən azad edilib.

A.Təvəkküloğlu bundan sonra parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.