“Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər nə azad, nə də ədalətli keçirildi”.
Cia.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş Baş naziri, “Gürcüstan üçün” partiyasının lideri Georgi Qaxariya öz tviter hesabında yazıb.
Qaxariya oktyabrın 30-u keçirilən seçkilərin ikinci turunu kəskin şəkildə tənqid edib.
“Seçkilərdə puldan istifadə və inzibati resurslardan sui-istifadə halları barədə ciddi düşünmək lazımdır. Dövlət sektorunun siyasi neytrallığı təmin edilməlidir. Əks halda, səsvermə mənasız şouya çevrilə bilər”, - deyə Qaxariya əlavə edib.
Qeyd edək ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turu ilə əlaqədar “exit-poll”un ilkin nəticələri elan edilib.
